Vaqif Əliyev: “Regionlarda 1935 mədəniyyət abidəsinin əsaslı təmirə ehtiyacı var”

Vaqif Əliyev: “Regionlarda 1935 mədəniyyət abidəsinin əsaslı təmirə ehtiyacı var”
# 15 mart 2013 09:34 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Regionlarda 1935 mədəniyyət abidəsinin əsaslı təmirə ehtiyacı var. APA-nın məlumatına görə, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ötən ilin yekunlarına dair keçirilən müşavirədə 1236 müəssisənin uyğunlaşdırılmış binada fəaliyyət göstərdiyini bildirib.

V.Əliyevin sözlərinə görə, ötən il ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala rayonunda 129 müəssisə və abidəyə müxtəlif dərəcədə ziyan dəyib: “Regionlarda olan kinoteatrların əsaslı və zəruri təmirə, onların müasir avadanlıqlarla təchiz olunmasına ehtiyacı var”.

V.Əliyev qeyd edib ki, respublikanın bəzi şəhər və rayonlarında – Şəki, Şəmkir, Gəncə, Şabran, Lerik və s. ərazilərdə tarixi abidələri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən razılaşdırılmamış layihələr əsasında təmir-bərpa işləri aparılır: “Qoruqlar ərazisində icazəsiz fərdi yaşayış evlərinin tikilməsi hallarının qarşısı alınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR