«Unibank»ın Bakıda daha bir filialı açılıb

«Unibank»ın Bakıda daha bir filialı açılıb
# 05 dekabr 2012 11:14 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin Bakıda Qara Qarayev küçəsi,116 ünvanında, «Xalqlar Dostluğu» metro stansiyası yaxınlığında yerləşən daha bir filialı fəaliyyətə başlayıb. Bu, «Xalqlar» filialı «Unibank»ın sayca 27-ci filialı olub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın yeni xidmət məntəqəsi pərakəndə kreditləşdirmə, o cümlədən nağd istehlak kreditləri, avtokreditlər, güzəştli dövrü olan kredit kartlarının verilməsini həyata keçirir.

Biznes sahibləri və fərdi sahibkarlar üçün mikrokredit alətlərinə də xüsusi diqqət verilir. Bundan başqa, fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul çeşidi təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR