Emin Ağalarov Bakıda yeni “After The Thunder” albomunun təqdimatını keçirib - FOTOSESSİYA

Emin Ağalarov Bakıda yeni “After The Thunder” albomunun təqdimatını keçirib - <font color=red>FOTOSESSİYA </font>
# 29 may 2012 07:53 (UTC +04:00)
APA-nın məlumatına görə, albomunun təqdimatı münasibətilə «EuroClub» səhnəsində konsert verən Emin, sözügedən albomun dünyanın 20 ölkəsində təqdim olunacağını qeyd edib. Onun sözlərinə görə, mayın 28-dən satışa çıxarılan albomunu ilk olaraq Bakıda təqdim etmək istəyib. Albomdakı mahnıların 11-i ingilis, 2-si rus dilindədir.

Emin Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə həyata keçirdildiyini deyib. Bu müsabiqənin Odlar Yurdunda hər şeyi ilə möhtəşəm olduğunu vurğulayan ifaçı, bu yarışmada ilk gündən son günə qədər hər bir xırdalığın düşünüldüyün deyib: “Azərbaycan bütün sahələrdə “Eurovision-2012” mahnı müsabiqəsinə hazır idi. Müsabiqədəki çıxışımda Azərbaycan milli çalğı alətlərindən istifadə edilməsi də mənim ideyam idi. İstədim ki, bu çalğı alətlərinin və mənim Azərbaycan mədəniyyətinə məxsus olduğumuzu növbəti dəfə diqqətə çatdırım”.

Azərbaycanı müsabiqədə təmsil edən və 4-cü olan Səbinə Babayevanın da ifasını yüksək qiymətləndirən müğənni, ikinci il ardıcıl “Eurovision” qalibi olmağın çox çətin olduğunu bildirib.

Müğənni konsertdə “Eurovision-2012”nin final şousunda oxuduğu “Never enough” mahnısını ifa edib. Müğənni, həmçinin Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayevin repertuarından da mahnılar ifa edib.

Eminin yeni albomunda «Baby Get Higher», «Never Enough», «Heart Keeps Beating», «Oxygen», «Walk Thourgh Walls», «After the Thunder», «Beutiful Taboo», «Dead Roses» , «Better» və digər mahnıları yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR