Banqladeşdə etiraz aksiyası zamanı baş vermiş iğtişaşlarda 50 nəfər yaralanıb

Banqladeşdə etiraz aksiyası zamanı baş vermiş iğtişaşlarda 50 nəfər yaralanıb
# 22 sentyabr 2012 18:54 (UTC +04:00)
Bakı-APA. Banqladeşdə “Müsəlmanların məsumiyyəti” filminə qarşı keçirilən etiraz aksiyası zamanı polislə toqquşmalarda 50 nəfər yaralanıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, toqquşmalar etirazçıların elan olunmuş qadağaya baxmayaraq Dakkada mitinq keçirməyə cəhd göstərmələrindən sonra baş verib. Polis avtomobilləri yandıran etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR