Son iki gündə Bakıda 12 nəfər qidadan zəhərlənib

Son iki gündə Bakıda 12 nəfər qidadan zəhərlənib
# 30 iyul 2012 07:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqız ı- APA. Son iki gün ərzində Bakıda 12 nəfər qidadan zəhərlənib. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, zəhərlənənlərin 7-si xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü qutabdan, digərləri isə qarışıq qidadan zəhərləniblər. Z.Vahidova deyib ki, bu il Bakıda qida zəhərlənməsi ilə bağlı stansiyaya müraciət edənlərin sayı 283 nəfərə çatıb, onlardan 245 nəfər xəstəxanaya yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR