İstanbulda «Capacity Eurasia-2012» beynəlxalq konfransı keçiriləcək

İstanbulda «Capacity Eurasia-2012» beynəlxalq konfransı keçiriləcək
# 29 avqust 2012 08:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabr ayında İstanbulda «Capacity Eurasia-2012» beynəlxalq konfransı keçiriləcək.

«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycanı telekommunikasiya xidmətlərinin ilkin tədarükçüləri olan «Delta Telecom» və «Azertelecom» şirkətləri təmsil edəcək ki, sözügedən operatorlar konfrans çərçivəsində telekommunikasiya sənayesinin başlıca məsələlərini nəzərdən keçirəcək.

Sentyabrın 18-19-da keçiriləcək bu tədbirdə məlumatların işlənməsi mərkəzlərinin yaradılması və səmərəli istifadəsi, yeni xidmətlərin, veb-servislərin, əlavələrin, «bulud» servislərinin modellərinin tətbiqinin stimullaşdırılması, genişzolaqlı xidmətlərin, 3G, WiMAX, 4G-nin işə salınmasında investisiya planlaşdırması və s. məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, konfrans Avrasiyada qabaqcıl beynəlxalq və regional operatorları, xidmət tədarükçülərini birləşdirir. Konfransın işində yeni biznes imkanları haqqında müşavirə və diskussiya keçirəcək 300 nümayəndə heyəti və telekommunikasiya operatorları iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR