İyunda «Atrabank»ın səhmdarlarının illik toplantısı keçiriləcək

İyunda «Atrabank»ın səhmdarlarının illik toplantısı keçiriləcək
# 17 aprel 2012 13:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun ayının 4-də Azərbaycanın «Atrabank» ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən 2011-ci ilin maliyyə hesabatlarının nəticələri, həmçinin bankın məcmu kapitalı və cari məsələlər haqqında müzakirələr aparılacaq.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın ölkə üzrə 13 filialı, 13 bankomatı və 33 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR