Azərbaycanda “Avtomobil yolları haqqında” yeni qanun layihəsi hazırlanır

Azərbaycanda “Avtomobil yolları haqqında” yeni qanun layihəsi hazırlanır
# 05 iyun 2012 12:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda “Avtomobil yolları haqqında” yeni qanun layihəsi hazırlanır. Bunu “APA-Economics”ə açıqlamasında “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, yeni qanun layihəsində ödənişli yollardan istifadə ilə bağlı xüsusi bölmə olacaq.

«Sənəd Nazirlər Kabinetinə təqdim olunub və layihə üzərində müvafiq işlər aparılır. Layihə üzrə müvafiq qurumlar tərəfindən rəylər verildikdən sonra sənəd Milli Məclisin müzakirəsinə çıxarılacaq», - deyə C.Qurbanov qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR