AXCP sədri Əli Kərimlinin yaşadığı evin qarşısında etiraz aksiyası keçirilib - FOTOSESSİYA

AXCP sədri Əli Kərimlinin yaşadığı evin qarşısında etiraz aksiyası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 may 2012 14:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün AXCP sədr Əli Kərimlinin yaşadığı binanın qarşısında bir qrup gənc etiraz aksiyası keçirib.

APA-nın xəbərinə görə, aksiya iştirakçıları heç bir siyasi partiya mənsubiyyəti olmadıqlarını bildiriblər.

Onlar Ə. Kərimlini İrana simpatiya göstərməkdə, İranın dini liderini dəstəkləyən açıqlamalar verməkdə, onu “ Güney azərbaycanlıların lideri” adlandırmaqda qınayıblar.

Aksiyanın əvvəlində AXCP sədrinin mühafizə xidmətinin rəhbəri Kərim Şükürov iştirakçıların qarşısına çıxıb və onlara etirazını bildirib. K. Şükürovla aksiya iştirakçıları qarşıdurma yaransa da, bu, əlbəyaxa davaya çevrilmədən başa çatıb.

Aksiya iştirakçıları Ə. Kərimlini ölkəni tərk etməyə çağırıblar.


AXCP sədri İrana casusluqda və “Eurovision” mahnı yarışmasına “düşmən olmaqda” ittiham edilib.

Aksiyada “Xain, xain!”, “Xamneyini özünə lider seçən Əli Kərimliyə ar olsun!” şüarları səsləndirilib.

Piketdə “Əli Kərimli+İran mollası=milli xəyanət”, “Əli Kərimli+molla rejimi=terrorizm”, “Əli Kərimli: Ay alan, məmləkəti Azərbaycan satıram!”, “Azərbaycanda molla rejiminə yer yoxdur!” kimi şüarların yazıldığı plakatlar qaldırılıb.

Hadisə yerinə polis gəlib. Polisin piket iştirakçılarını dağılışmağa çağırmasına məhəl qoyulmayıb.

Polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa başlayanda insident yaranıb. Lakin bir neçə dəqiqə ərzində etirazçılar ərazidən uzaqlaşdırılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR