Zərdab rayon sakinindən narkotik maddə götürülüb

Zərdab rayon sakinindən narkotik maddə götürülüb
# 12 mart 2012 15:08 (UTC +04:00)
Zərdab. Zahid Abışov – APA. Zərdab rayon sakinindən narkotik maddə götürülüb. APA-nın yerli bürosunun xəbərinə görə, Zərdab rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonda pinəçi işləyən, 1968-ci il təvəllüdlü İsmayılov Müşfiq Məsim oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirərkən 5,97 qram narkotik maddə olan marixuana götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR