İran İtaliyaya neft tədarükünü artırır

İran İtaliyaya neft tədarükünü artırır
# 08 may 2016 05:58 (UTC +04:00)

Bakı-APA. İran İtaliyanın “Saras” neft emalı zavoduna neft tədarükünün artırılmasını nəzərdə tutan saziş imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İranın neft nazirinin müavini və İran Milli Neft Şirkətinin (İMNŞ) baş direktoru Rokneddin Cavadi deyib.

“İMNŞ və İtaliyanın “Saras” neft emalı zavodu arasında neft tədarükünün həcminin gündəlik 65 min barelədək artırılmasını nəzərdə tutan saziş imzalanıb”, - deyə Cavadi qeyd edib. Onun sözlərinə görə, hazırda İrandan bu müəssisəyə gündəlik 30-35 min barelədək neft tədarük edilir.

Cavadinin sözlərinə görə, İran İtaliyanın “Eni” nəhəng energetika şirkəti ilə xam neftin tədarükünə dair danışıqlar aparır: “Razılaşmanın əldə olunacağı təqdirdə İran bu şirkətə gündəlik 100 min barel həcmində neft tədarük edəcək”, - deyə iranlı məmur bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR