Nazir: "Heç kim demir ki, lisenziyaların ləğvi turizm sahəsində özbaşınalığa gətirib çıxaracaq"

Nazir: "Heç kim demir ki, lisenziyaların ləğvi turizm sahəsində özbaşınalığa gətirib çıxaracaq"
# 25 dekabr 2015 13:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Heç kim demir ki, lisenziyaların ləğvi turizm sahəsində özbaşınalığa gətirib çıxaracaq".

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, müvafiq dövlət mexanizmləri vasitəsi ilə nəzarət funksiyası davam edəcək: "Əsas məsələ ondan ibarətdir ki, biz iki ciddi addım atmalıyıq. Birinci addım ondan ibarətdir ki, bütün mehmanxanalar lisenziyalaşdırmadan yox, sertifikatlaşdırmadan keçirilməlidirlər. Hər bir otelin özünəməxsus keyfiyyət dərəcəsi olmalıdır. İkinci məsələ isə xaricə və Azərbaycanın daxilinə təşkil olunan turist səfərləri zamanı turizm şirkətlərinin banklarda təminat vəsaitinin təşkil etməsidir. Hər hansı problem olarsa, həmin turistin təminatı o vəsait hesabına ödəniləcək”.

Nazir əlavə edib ki, 2015-ci ildə Azərbaycana gələn turistlərin sayında artım qeydə alınmayıb: “Bu ilin doqquz ayının statistikası göstərir ki, keçən illə müqayisədə təxminən on faiz azalma var. Bu, dünyada gedən proseslərə müqayisədə yaxşı göstəricidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR