Gürcüstanın XİN rəhbəri Qarabağdakı vəziyyətlə əlaqədar Polşaya səfərini təxirə salıb

Gürcüstanın XİN rəhbəri Qarabağdakı vəziyyətlə əlaqədar Polşaya səfərini təxirə salıb
# 04 aprel 2016 11:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Gürcüstanın xarici işlər naziri Mixael Canelidze Qafqazda hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar Polşaya planlaşdırılan səfərini təxirə salıb.

APA-nın “vestikavkaza.ru” ya istinadən verdiyi xəbərə görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, M. Canelidzenin polşalı həmkarı Vitold Vaşikovski ilə görüşü nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR