Azərbaycanlı ifaçı ilk dəfə muğamla dubstep janrını uzlaşdırıb

Azərbaycanlı ifaçı ilk dəfə muğamla dubstep janrını uzlaşdırıb
# 22 aprel 2016 15:15 (UTC +04:00)

Bakı - APA. Fransada yaşayan azərbaycanlı musiqiçi Etibar Əsədli yeniliyə imza atıb. E. Əsədlinin APA-ya verdiyi məlumata görə, “Eşq” (L'amour) adlı kompozisiyada ilk dəfə muğamla dubstep janrı uzlaşdırılıb. Kompozisiyanın musiqisi və aranjemanı ifaçıya məxsusdur. Muğamı xanəndə Sahib Asadov, əsas mövzunu isə portuqaliyalı müğənni İsa Pedro ifa edib.

E. Əsədli bildirib ki, kompozisiyada dörd janrın - muğam, dubstep, klassika və repin xüsusiyyətləri əks olunub. Kompozisiyanın klipi Parisdə “Asadli Pro” studiyası tərəfindən çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR