Əmisi oğlunu qətlə yetirən şəxsə hökm oxunub

 Əmisi oğlunu qətlə yetirən şəxsə hökm oxunub
# 13 iyun 2016 13:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Elşən Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Elşən Nəsirov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabr ayında Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Nəsirov Elnur Balaşirin oğlunu qətlə yetirib. Hadisədən sonra E.Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü təslim olub. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur. Öldürülən Elnur Nəsirov Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR