Ramiz Həsənov Almaniya səfiri ilə görüşüb

Ramiz Həsənov Almaniya səfiri ilə görüşüb
# 21 sentyabr 2016 15:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabla görüşü olub.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, R. Həsənov iki ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Komitə sədri bildirib ki, ölkələr arasında hər sahədə uğurlu əməkdaşlıq əlaqələri olduğu kimi, keyfiyyət infrastrukturu sahələrinin inkişafında da Avropa, xüsusilə Almaniya təcrübəsindən istifadə olunur.

R. Həsənov xatırladıb ki, Azərbaycan hələ 2008-ci ildən keyfiyyət infrastrukturu üzrə yeni yanaşmanın tətbiqinə start verib. Belə ki, Almaniyanın da fəal iştirak etdiyi "Tvinninq" layihəsinin icrası nəticəsində ölkəmizdə 3 adda dövlət etalonu laboratoriyası qurulub. Bu işdə Almaniya Metrologiya İnstitutu (PTB) ilə əməkdaşlığı xüsusilə vurğulayan sədr hazırda icrasına başlanan Avropa Birliyinin yeni “Tvinninq” layihəsində də PTB-nin iştirak etdiyini, qurumun ölkəmizin dövlət etalonlarının beynəlxalq səviyyədə tanınmasına dəstək verdiyini qeyd edib. Bundan başqa, Almaniyanın Akkreditasiya Qurumu (DakkS) ilə qarşılıqlı əməkdaşlığın Azərbaycan sənayesi üçün faydalı olduğunu deyən R. Həsənov əlavə edib ki, komitənin sınaq laboratoriyasının DakkS tərəfindən akkreditasiya olunması ilə yerli məhsulların Avropa bazarlarına çıxışı imkanları genişlənib. Hazırda ölkəmizin texniki tənzimləmə, standartlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində Almaniya Standartlaşdırma İnstitutu (DİN) və patent sahəsi üzrə milli orqanla daha sıx əməkdaşlıqda maraqlı olduğunu qeyd edən komitə sədri Azərbaycana göstərdikləri diqqətə görə səfirə minnətdarlıq edib.

M. Kindsqrab da öz növbəsində Azərbaycanda sənayenin inkişafı, qeyri-neft sektorunun sənayedə payının artırılması istiqamətində atılan dövlət tədbirlərini yüksək qiymətləndirib. Azərbaycanda keyfiyyət infrastrukturu sahələri olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və patent sahələrinə verilən diqqətin iqtisadiyyatın şaxələndirilməsində, yerli sənayenin inkişafındakı əhəmiyyətini xüsusi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR