Heydər Əliyev Fondunun dəstəyi ilə Füzulinin Bala Bəhmənli kəndində inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTO

Heydər Əliyev Fondunun dəstəyi ilə Füzulinin Bala Bəhmənli kəndində inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib - <span style="color: red;">FOTO
# 07 sentyabr 2015 12:46 (UTC +04:00)

Bakı – APA. Füzuli rayonunun Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib. Fonddan APA-ya verilən məlumata görə, u münasibətlə keçirilən mərasimdə valideynlərin, bağça kollektivinin ünvanına təbriklər səslənib.

Bildirilib ki, uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir. Ölkənin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəb binaları tikilir və ya əsaslı şəkildə yenidən qurulur. Füzuli rayonunda yeni inşa olunan uşaq bağçası bu diqqət və qayğının növbəti əyani təzahürüdür.

Qeyd edilib ki, son dörd ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Füzuli rayonunda 4 layihə həyata keçirilib. 2012-ci ildə Horadiz şəhərində 240 şagird yerlik məktəb binası, 2014-cü ildə tarix-diyarşünaslıq muzeyi və 100 çarpayılıq körpələr evi, uşaq bağçası tikilərək istifadəyə verilib.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri göstərilən qayğıya görə ölkə rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və bağçanın tikintisində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar. İki mərtəbəli, 60 çarpayılıq binada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına uyğun qruplar formalaşdırılıb. Otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR