Azərbaycanda iki nəfəri öldürən şəxs tutulub

Azərbaycanda iki nəfəri öldürən şəxs tutulub
# 01 fevral 2017 09:20 (UTC +04:00)

Tərtərdə törədilən iki qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 11-də Tərtər rayon sakini Səxavət Musayevi döyərək qətlə yetirməkdə şübhəli bilinən Səxavət Orucov tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü il fevralın 19-da Sənan Mirzəyevə tüfəngdən atəş açaraq qətlə yetirməsi də müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR