Kolleclərə qəbul olmaq üçün 11 mindən çox abituriyent ixtisas seçimi edib

Kolleclərə qəbul olmaq üçün 11 mindən çox abituriyent ixtisas seçimi edib
# 04 avqust 2017 13:19 (UTC +04:00)

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 6 avqust saat 23:59-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

04 avqust 15:10-a olan məlumata əsasən, 11 178 abituriyent ixtisas seçimi edib. Onlardan 10810-u Azərbaycan bölməsi, 368-i rus bölməsinin məzunudur. Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR