Bakıda gənc oğlan döyülərək , kəllə-beyin travması alıb

Bakıda gənc oğlan döyülərək , kəllə-beyin travması alıb
# 12 dekabr 2019 03:12 (UTC +04:00)

Xətai rayonunda döyülmə faktı baş verib.

APA-nın məlumatına görə, 23 yaşlı Həsənov Kənan Nizami oğlu naməlum şəxslə mübahisə zəmnində döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin məlumata görə, K.Həsənovun başına daşla zərbə endirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR