Müəllimlərin sınaq qiymətləndirməsinin nəticələri açıqlanıb

Müəllimlərin sınaq qiymətləndirməsinin nəticələri açıqlanıb
# 24 sentyabr 2014 14:37 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan, sentyabrın 20-də üzrlü səbəblərdən qiymətləndirilmədə iştirak etməyən müəllimlər üçün keçirilən Sınaq Qiymətləndirməsinin nəticələri açıqlanıb.

Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib. Müəllimlər nəticələrlə bakuedu.az saytından istifadə edərək tanış ola biləcəklər. Onlar iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla öz nəticələri haqqında məlumat əldə edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR