Bakıda “Yerli özünüidarəetmədə qadın liderliyi” mövzusunda konfrans keçirilib - FOTO

Bakıda “Yerli özünüidarəetmədə qadın liderliyi” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 31 oktyabr 2014 08:37 (UTC +04:00)

Bakı. Rami Mikayıloğlu - APA. ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAİD-in maliyyələşdirdiyi “Qadın iştirakçılığı proqramı” çərçivəsində Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyasının texniki dəstəyi ilə “Yerli özünüidarəetmədə qadın liderliyi” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan millət vəkili Məlahət Həsənova USAİD-in proqramının qərar qəbuletmə proseslərinə daha çox qadının cəlb edilməsi üzrə ictimai məlumatlandırma səylərini təqdir edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin artırılmasının əhəmiyyətini qeyd edib və 2009-cu il bələdiyyə seçkilərində qadınların təmsilçiliyinin 4 faizdən 27 faizə yüksəlməsini yüksək qiymətləndirib.

USAİD-in Azərbaycandakı missiyasının rəhbəri Bruk Ayşam deyib ki, USAİD qadınların liderlik potensialını artırmaqla daha dayanıqlı və ədalətli inkişafa nail olmağın mümkünlüyünə inanır: “Bir çox ölkələrdə qadınların siyasi iştirakçılıqda gender boşluğu görünməkdədir. Azərbaycanda da artıq bu sahədə vəziyyəti dəyişdirməyin vaxtı çatıb. Bu gün qadınlarla kişiləri eyni masada görmək mənim üçün çox xoşdur. USAİD də bu məsələyə çox diqqətlə yanaşır. ABŞ prezidenti Barak Obama keçən il çıxışında deyib ki, nə qədər uğurlu qadın varsa, o qədər inkişafa nail olmaq olar. Azərbaycanda qadın liderlər nə qədər çox olsa, Azərbaycan bundan yalnız fayda əldə edəcək”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin direktoru Mehdi Səlimzadə və Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov mövzu ətrafında çıxış edərək Azərbaycanda yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi ilə bağlı fikirlərini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR