Türkiyədə IDME-2014 fövqəladə halların idarə edilməsi sərgisi keçiriləcək

Türkiyədə IDME-2014 fövqəladə halların idarə edilməsi sərgisi keçiriləcək
# 18 noyabr 2014 11:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Noyabrın 27-dən 29-dək Türkiyənin Ankara şəhərində IDME-2014 fövqəladə halların idarə edilməsi sərgi və konfransı keçiriləcək.

APA-nın IDME-2014 təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, sərgi və konfransa qatılan şirkətlər tərəfindən fövqəladə vəziyyətlərdə xəbərdarlıq sistemləri, axtarış xilasetmə avadanlıqları, təcili tibbi yardım ləvazimatları, havadan müdaxilə zamanı istifadə olunan avadanlıqlar, səhra xəstəxanaları, mülki müdafiə sistemləri, təhlükəsizlik texnologiyaları, yanğınsöndürmə vasitələri, səyyar baxış sistemləri və s. nümayiş olunacaq. Müasir “nou-hau”lar barədə təqdimatlar keçiriləcək.

Sərgi çərçivəsində «Qaçqın problemi: humanitar yardımda qlobal əməkdaşlıq» mövzusunda konfrans təşkil olunacaq.

Sərgiyə Azərbaycandan nümayəndə heyətləri ziyarətçi qismində qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR