Türkiyə və ABŞ prezidentləri İŞİD-ə qarşı birgə mübarizə ilə bağlı müzakirə aparıblar

Türkiyə və ABŞ prezidentləri İŞİD-ə qarşı birgə mübarizə ilə bağlı müzakirə aparıblar
# 19 oktyabr 2014 19:38 (UTC +04:00)

Bakı-APA. Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyip Ərdoğanla Barak Obama arasında telefon danışığı olub.

APA-nın Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən verdiyi xəbər görə, telefon danışığı zamanı İŞİD-ə qarşı ortaq mübarizəni gücləndirmək və əməkdaşlıq imkanları müzakirə edilib.

Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, telefon danışığı zamanı İŞİD-ə qarşı birgə mübarizə aparılması yolları, Kobani də daxil olmaqla Suriyada aparılan əməliyyatlar müzakirə olunub: “180 min kobanilinin də aralarında olduğu 1,5 milyondan çox suriyalı qaçqının Türkiyəyə sığındığı da vurğulanıb. İki lider İŞİD-ə qarşı mübarizə ilə yanaşı Əfqanıstanda da sülh və sabitlik üçün əməkdaşlıq etməyin önəmli olduğunu vurğulayıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR