Bank Of Baku

Azərbaycan Prezidenti Luiz İnasio Lula da Silvanı təbrik edib

Azərbaycan Prezidenti Luiz İnasio Lula da Silvanı təbrik edib
# 05 noyabr 2026 15:47 (UTC +04:00)

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

“Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Braziliya ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR