Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir.
APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxışında deyib.
“Əminəm ki, müəyyən etdiyimiz bütün istiqamətlər üzrə qarşıya qoyulan məqsədlərə nail olunacaq. Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir. Artıq bir neçə layihə həyata keçirilir. Əminəm ki, Fondun fəaliyyəti genişləndikcə layihələrin sayı da artacaq”, - deyə dövlət başçısı qeyd edib.