Bank Of Baku

Azərbaycan Prezidenti: İmzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 31 iyul 2026 09:39 (UTC +04:00)

"Müttəfiqlik münasibətləri çox böyük məsuliyyətdir".

APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib.

“Bu gün birlikdə dövlətlərarası münasibətlərimizi ən yüksək səviyyəyə qaldıraraq əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində əldə olunan irəliləyişi bir daha nümayiş etdirdik. Müttəfiqlik münasibətləri çox böyük məsuliyyətdir və biz bu məsuliyyəti üzərimizə götürməyə hazırıq. Bundan sonra da həm beynəlxalq platformalarda, həm ticarət-iqtisadi sahədə, həm də təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində bir-birimizi dəstəkləyəcəyik.

Sizin də qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir. Əminəm ki, səfərin yekunlarına əsasən əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək”, - deyə dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR