Bank Of Baku

KİV: Türkiyə F-35-lərin alınması üçün tələbləri yerinə yetirməyib

KİV: Türkiyə F-35-lərin alınması üçün tələbləri yerinə yetirməyib
# 31 iyul 2026 04:18 (UTC +04:00)

ABŞ Dövlət Departamenti iyulun 22-də Konqresə göndərdiyi məktubda Türkiyənin F-35 qırıcılarının alınması üçün tələb olunan şərtləri hələ də yerinə yetirmədiyini bildirib.

Bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb.

Məktubda qeyd olunur ki, Ankara Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərindən imtina etməyənə, gələcəkdə onları almamaq öhdəliyi götürməyənə və Konqresin müəyyən etdiyi digər tələbləri yerinə yetirməyənədək ABŞ qanunvericiliyi F-35-lərin Türkiyəyə satışına icazə vermir.

Qeyd edək ki, Türkiyə 2017-ci ildə S-400 sistemlərini aldıqdan sonra F-35 proqramından çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR