Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə Ukrayna arasında müharibənin dərhal dayandırılmalı olduğunu bəyan edib.
APA xəbər verir ki, bu barədə dövlət başçısı IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Mən hesab edirəm ki, artıq çoxdan hər kəs anlamalı idi ki, bu müharibə dayandırılmalıdır. Həm də dərhal dayandırılmalıdır. Bu, Azərbaycanın mövqeyidir. Bu, mənim şəxsi mövqeyimdir. Həm də torpaqları işğal olunmuş, sonradan isə həmin işğala son qoymuş bir ölkənin rəhbəri kimi mövqeyimdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.