Bank Of Baku

Azərbaycanın Özbəkistandakı səfiri 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Hüseyn Rzaqulu oğlu Quliyev

© APA | Hüseyn Rzaqulu oğlu Quliyev

# 22 iyun 2026 15:25 (UTC +04:00)

Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Hüseyn Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR