Bank Of Baku

Prezident İlham Əliyev dünya çempionatında qələbə münasibətilə İspaniya Kralını təbrik edib

Prezident İlham Əliyev dünya çempionatında qələbə münasibətilə İspaniya Kralını təbrik edib
# 20 iyul 2026 13:45 (UTC +04:00)

Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir kİ, təbrik məktubunda deyilir:

"Əlahəzrət,

2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Futbol üzrə dünya birinciliyinin oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq və sarsılmaz iradə nümayiş etdirərək azarkeşlərinə unudulmaz anlar və hədsiz sevinc bəxş etmiş İspaniya futbolçularına ən səmimi təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR