Paşha Bank
Bank Of Baku

Prezidenti İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB

Prezidenti İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB
# 21 noyabr 2026 06:33 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub.

Bu barədə APA-nın Vyetnama ezam olunmuş əməkdaşı xəbər verir.

Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam və xanımı No Fon Li Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.

Azərbaycanın və Vyetnamın Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Vyetnam Sosialist Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri isə Prezident To Lama təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Sonra rəsmi foto çəkdirildi.

***

06:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Hanoyda rəsmi qarşılanma mərasimi olub.

Bu barədə APA-nın Vyetnama ezam olunmuş əməkdaşı xəbər verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR