Bank Of Baku

Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar

Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
# 31 iyul 2026 08:36 (UTC +04:00)

Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar.

APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

“Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar. Sizin bu səfəriniz Qırğızıstan-Azərbaycan münasibətlərinin xüsusi xarakter daşıdığını bir daha təsdiqləyir. Biz dostluq və qarşılıqlı hörmət kimi möhkəm təməl üzərində qurulan ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələyə qədəm qoyuruq. Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək heç bir həll olunmamış məsələ yoxdur.

Əksinə, ölkələrimiz arasında tam etimad və açıqlıq mühiti formalaşıb ki, bu da bizə inamla irəliləməyə imkan verir. Məhz belə bir şəraitdə mühüm prinsiplər və təşəbbüslər meydana çıxır, ikitərəfli əməkdaşlığın gələcəyini müəyyən edən qərarlar qəbul olunur. Xüsusilə sevindirici haldır ki, əldə olunan bütün razılaşmalar birgə inkişaf və ümumi məqsədlərə nail olmaq istəyinə əsaslanır”, - deyə Qırğızıstan Prezidenti qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR