Suqovuşan‒Kəlbəcər‒Ağdərə‒Ağdam yolunun yenidən qurulmasına 4,5 mln. manat ayrılıb - VİDEO

Suqovuşan‒Kəlbəcər‒Ağdərə‒Ağdam yolunun yenidən qurulmasına  4,5 mln. manat ayrılıb - VİDEO
# 29 noyabr 2023 13:42 (UTC +04:00)

Prezident İlham Əliyev Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə 4,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR