Vuçiç Prezident İlham Əliyevə Kosovo məsələsi ilə bağlı dəstəyinə görə təşəkkür edib

Aleksandar Vuçiç, Prezident İlham Əliyev

© APA | Aleksandar Vuçiç, Prezident İlham Əliyev

# 27 may 2024 18:39 (UTC +04:00)

“Bizim üçün ən mühüm milli və dövlət əhəmiyyəti daşıyan Kosovo və Metohiya məsələsi ilə bağlı göstərdiyiniz diqqət və dəstəyə görə də təşəkkür edirəm”.

APA xəbər verir ki, bu fikirləri Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə təbrik məktubunda bildirib.

“Serbiya Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında Azərbaycan Respublikasının göstərdiyi prinsipial və qəti dəstək ölkənizin beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasına sadiqliyinin göstəricisidir. Əmin olun ki, Serbiya Respublikası da Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəkdir”, - məktubda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR