Şəkidə taxıl biçən kombayn və taxil sahəsi yanıb

Şəkidə taxıl biçən kombayn və taxil sahəsi yanıb
# 10 iyun 2015 20:05 (UTC +04:00)

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Turan qəsəbə sakini Məzahir Rza oğlu Məmmədov idarə etdiyi “Niva ESK-5” markalı kombaynla Turan qəsəbə inzibati ərazisində taxıl biçərkən kombaynda yanma baş verib. Kombayndan başlayan yanğın qısa zaman ərzində ərazidəki taxıl sahəsinə keçib.

Əraziyə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində kombaynın yanar hissələri və ərazidə kombaynın sahibi Məzahir Məmmədova, Bəylər Nəsirova və Əkbər Qasımova məxsus 6 hektar biçilməmiş və 3 hektar isə biçilmiş taxıl sahəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının daha da genişlənərək digər taxıl sahələrinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR