AYB-də Cəfər Cabbarlı Komissiyası yaradılıb

AYB-də Cəfər Cabbarlı Komissiyası yaradılıb
# 19 iyun 2015 11:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) toplantısı keçirilib. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AYB-nin sədri, Xalq yazıçısı Anarın iştirakıyla keçirilən toplantıda AYB tərkibində Cəfər Cabbarlı Komissiyasının yaradılması ilə bağlı müzakirələr aparılıb.

AYB-nin sədri tərəfindən bu qərarla bağlı əmr imzalanıb. Əmrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında, mənəvi dəyərlərimizin zənginləşməsində, milli şüurun oyanışında, vətənpərvərlik duyğularının təbliğində, dilimizin saflığında misilsiz xidmətlər göstərmiş milli sənətkar, böyük dramaturq Cəfər Cabbarlının ədəbi-bədii irsinin tədqiqi və təbliği sahəsində sistemli fəaliyyət göstərmək, elmi konfranslar, sessiyalar, müsabiqələr, disputlar keçirmək, kitablar, bukletlər hazırlamaq, təqdimat mərasimləri, qiraət yarışları təşkil etmək, qalibləri mükafatlandırmaq və s. məsələlər qeyd olunub.

Komissiyanın tərkibi aşağıdakı heyətdə təsdiq edilib:

Asif Rüstəmli – Sədr, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü

Qəmər Seyfəddinqızı – Cəfər Cabbarlı Ev muzeyinin direktoru

Gülşən Əliyeva–Kəngərli – ADMİU-nun prorektoru, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü

Tahirə Məmməd – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü

Süleyman Kaan Yalşın – Türkiyə, Elazığ şəhəri, Fırat Universiteti, dosent, doktor

Elnarə Akimova – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR