Çindən gələn sınaq qatarı saat 10 radələrində Ələtə çatacaq - FOTO

Çindən gələn sınaq qatarı saat 10 radələrində Ələtə çatacaq - <span style="color: red;">FOTO
# 03 avqust 2015 06:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA_Economics. Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə ilk dəfə Çin, Qazaxıstan və Azərbaycandan keçəcək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə (4768 km, o cümlədən 4258 km dəmir yolu, 510 km dəniz məsafəsi) marşrutu ilə hərəkət edən sınaq konteyner qatarının saat 10 radələrində Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət limanına çatması gözlənilir və bununla bağlı qarşılanma mərasimi keçiriləcək.

APA-Economics”in məlumatına görə, sözügedən qatar 82 ədəd 20 tonluq konteyner daşıyır. Danşınan yük kaustik sodadır. Bu təyinatlı yüklər alternativ marşrutlarla əvvəllər 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı. Yeni Transxəzər Nəqliyyat marşrutu üzrə yüklərin daşınma müddəti Çinsən Ələt limanına qədər təxminən 6 gün təşkil edəcək.

Bu lyihə çərçivəsində cari ilin sentyabr ayında ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə göndərilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində Tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılmazı məqsədilə rəqabətə davamlı vahid dəmir yolları tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Eyni zamanda, BTNM marşrutu Avropa ölkələrindən olan yükgöndərənlər üçün də cəlbedici və sərfəli olmaq imkanlarına malikdir.

Xatırladaq ki, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə ilk dəfə Çin, Qazaxıstan və Azərbaycandan keçəcək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə (4768 km, o cümlədən 4258 km dəmir yolu, 510 km dəniz məsafəsi) marşrutu ilə hərəkət edən sınaq konteyner qatarı Çinin Şixezi şəhərindən iyulun 28-dən çıxıb. Bu konteyner qatarının gəlişi dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarından əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq "Qazaxıstan temir yolı" SC, "Çin Dəmir Yolları" ÇSR, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir.

Qeyd edək ki, konteyner qatarının qarşılanma mərasimində Çin, Qazaxıstan, Gürcüstan, Türkiyə respublikalarının Azərbaycandakı səfirləri, "Qazaxıstan Dəmir Yolunun" prezidenti Askar Mamin, "Gürcüstan Dəmir Yolu" SC-nin baş direktoru Mamuka Baxtadze, Aktau və Batumi limanlarının rəisləri də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR