Bank Of Baku

Azərbaycan 61 mln. dollara yaxın Gürcüstan məhsulu tədarük edib

Azərbaycan 61 mln. dollara yaxın Gürcüstan məhsulu tədarük edib
# 19 iyun 2026 11:55 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 60,9 milyon ABŞ dolları dəyərində yerli məhsul idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstan məhsullarının Azərbaycana ixracı 10,2% artıb.

Azərbaycan 3,2% payla qonşu ölkənin yerli məhsul üzrə ixrac tərəfdaşlarının ilk onluğunda Çin, Rusiya, Türkiyə, Bolqarıstan, Toqo, Ermənistan və İsveçrədən sonra səkkizinci yeri tutub.

İlk beş ayda Gürcüstanın ixrac etdiyi yerli məhsulların ümumi dəyəri illik müqayisədə 66,1% artaraq 1,93 milyard ABŞ dolları təşkil edib.

Qonşu ölkənin xarici bazarlara ən çox ixrac etdiyi yerli məhsulların ilk onluğuna neft və neft yağları, qiymətli metal filizləri və konsentratları, ferroərintilər, mis filizləri və konsentratları, təzə üzüm şərabı, şəkərsiz təbii və ya süni mineral və qazlı sular, şəkər əlavə edilmiş mineral və qazlı sular, azotlu gübrələr, spirtli içkilər və emal edilməmiş və ya yarımemal edilmiş, yaxud toz şəklində qızıl daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR