Növbəti beş il ərzində İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığımız iqtisadi diversifikasiya, insan kapitalına investisiyalar, yaşıl və dayanıqlı infrastrukturun inkişafı, həmçinin regional bağlantıların genişləndirilməsi istiqamətlərinə fokuslanacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib.
"Birgə şəkildə su təchizatı və təmizlənməsi, dəmir yolları və kənd təsərrüfatı sahələrində, o cümlədən azad edilmiş ərazilərdə və Alat Azad İqtisadi Zonasında yeni layihələr üzərində işləyirik. Nümunə kimi qeyd etmək olar ki, Qız Qalası Su Anbarından Baş Suvarma Kanalı layihəsi Jabrayıl və Füzuli rayonlarında, eləcə də ətraf ərazilərdə su idarəçiliyinin yaxşılaşdırılmasına və kənd təsərrüfatı məhsuldarlığının artırılmasına xidmət edəcək,- nazir bildirib.