Dünən biz Azərbaycanda keçirilən parlament seçkilərində müşahidəçi qismində iştirak etdik.
APA xəbər verir ki, bunu Gürcüstan Parlamentinin komitə sədri İrakli Kadagişvili mətbuat üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, Azərbaycan və Gürcüstan arasında dostluq, sıx əlaqələr mövcuddur:
“Məhz buna görə Milli Məclisin dəvəti ilə seçkilərdə müşahidəçi kimi iştirak etdik. Bizim müşahidəçi qrupumuz dünən 8 seçki məntəqəsində oldu. Bu məntəqələrdə proses qanuna uyğun formada təşkil edilmişdi. Səsvermə sakit şəkildə keçirilirdi. Bizim müşahidələrimiz onu göstərdi ki, bütün seçki prosesi qaydalara uyğun baş tutub. Bizim nümayəndə heyəti seçkiləri yüksək qiymətləndirir.
Seçicilər öz iradələrini azad şəkildə ifadə edirdilər, onlara təzyiq və ya kənardan hansısa müdaxilənin olması bizim tərəfimizdən müşahidə olunmadı”, - deyə o qeyd edib.