Bank Of Baku

ŞƏT Baş katibinin müavini: Seçkilər demokratik pirinsiplərə uyğun keçirildi

ŞƏT Baş katibinin müavini: Seçkilər demokratik pirinsiplərə uyğun keçirildi
# 02 sentyabr 2024 10:54 (UTC +04:00)

Şanxay Əməkdaşlıq Təşkilatının Müşahidə Missiyası 1 sentyabrda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edib.

APA xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibinin müavini Nuran Niyazaliyev mətbuat konfransında deyib.

"Azərbaycan hökumətinin beynəlxalq müşahidəçiləri dəvət etməkdə məqsədi növbədənkənar parlament seçkilərini açıq və şəffaf keçirmək idi.
Bizim Müşahidə Missiyamız 16 nəfər olub və təşkilatın mümayəndələrindən təşkil olub. Bizim sərbəst şəkildə müşahidə aparmağımıza bütün imkanlar yaradılmışdı. Eyni zamanda, jurnalistlərə də lazımi bütün imkanlar yaradılmışdı. Bu da seçkilərin demokratik və şəffaf keçirilməsinə zəmin yaradır. Onu da qeyd edim ki, seçkilər rəvan şəkildə demokratik pirinsiplərə uyğun keçirildi", - N. Niyazaliyev vurğulayıb.

ŞƏT) Baş katibinin müavini onu da əlavə edib ki, seçki günü səhər Bakı və ətrafda yerləşən 57 məntəqədə Müşahidə Missiyası həyata keçirilib və müəyyənləşib ki, seçkilər bütün beynəlxalq normalara uyğun keçirilib:

"Seçki məcəlləsinin pozulması halları tərəfimizdən aşkarlanmayıb. Vətəndəşlara heç bir maneə olmayıb. Missiyamız bu seçkiləri şəffaf, etbarlı və uğurlu hesab edir. Bu seçkilər Azərbaycanın inkişafı üçün uğurlu addımdır".

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR