Bank Of Baku

«Şirvan» İES-in 5 saylı enerji blokunda əsaslı təmir işlərinə başlanılıb

«Şirvan» İES-in 5 saylı enerji blokunda əsaslı təmir işlərinə başlanılıb
# 06 avqust 2008 14:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Şirvan» istilik elektrik stansiyasının (İES) 5 saylı enerji blokunda əsaslı təmir işləri başlanıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib. Cari ildə 5 saylı enerji blokunun əsaslı təmiri başa çatdıqdan sonra 2 saylı blokun əsaslı, 6 saylı blokun orta təmirləri nəzərdə tutulub.

Xatırladaq ki, “Şirvan İES” 1962-ci ildən istismardadır. Hər biri 150 MVt gücündə 7 blokdan ibarət bu elektrik stansiyası Avropada açıq quruluşlu ilk stansiya olub. Azərbaycanda istehsal olunan elektrik enerjisinin 20%-ə yaxını bu stansiyanın payına düşür. Hazırda Şirvan şəhərində gücü 780 MVt olan yeni - “Cənub” elektrik stansiyasının tikintisi aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR