Bank Of Baku

Ötən ay ARDNŞ tərəfindən 654,46 mln. kubmetr qaz hasil olunub

Ötən ay ARDNŞ tərəfindən 654,46 mln. kubmetr qaz hasil olunub
# 07 avqust 2008 03:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin iyul ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 654,46 mln. kubmetr qaz hasil olunub ki, bu da proqnozdan 3,6% azdır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.
Hasil edilmiş qazın 646,38 mln. kubmetri neft və qazçıxarma idarələrinin, 8,08 mln. kubmetri müştərək müəssisələr və əməliyyat şirkətlərinin payına düşüb.
Cari ilin yanvar-iyul aylarında isə 4 496,69 mln. kubmetr qaz hasilatı olub ki, bu da proqnozdan 0,8% azdır.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında 2007-ci ilin müvafiq dövrünə nisbətən 37,3% çox qaz hasil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR