Bank Of Baku

İyul ayında «Azəriqaz» QSC sisteminə proqnozda nəzərdə tutulandan 10,2% az qaz təhvil verilib

İyul ayında «Azəriqaz» QSC sisteminə proqnozda nəzərdə tutulandan 10,2% az qaz təhvil verilib
# 06 avqust 2008 15:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyul ayında «Azəriqaz» QSC sisteminə 465,47 mln. kubmetr həcmində təbii qaz verilib ki, bu da proqnozdan 10,2% azdır. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Ötən ay ARDNŞ tərəfindən «Azəriqaz»a 269,76 mln. kubmetr, Azəri-Çıraq-Günəşlidən 51,55 mln. kubmetr, «Şahdəniz»dən 144,10 mln. kubmetr qaz təhvil verilib.
Cari ilin yanvar-iyul aylarında isə «Azəriqaz» sisteminə proqnozdan 9,9% çox – 3315,07 mln. kubmetr qaz təhvil verilib.
Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında «Azəriqaz»a verilən qazın həcmi 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,2% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR