Bank Of Baku

Ötən ay Azərbaycanda 140,62 min ton benzin istehsal olunub

Ötən ay Azərbaycanda 140,62 min ton benzin istehsal olunub
# 07 avqust 2008 20:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyul ayında Azərbaycanda 140,62 min ton benzin istehsal edilib ki, bu da proqnozdan 2% çoxdur. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.
Bunun 116,92 min tonunu avtomobil benzini, 23,70 min tonunu isə kimya üçün ilkin benzin fraksiyası təşkil edib.

Cari ilin yanvar-iyul aylarında isə 877,43 min ton benzin istehsal olunub. Bu isə proqnozdan 7,2% azdır. Bu ilin 7 ayı ərzində istehsal edilmiş benzinin 715,29 min tonunu avtomobil benzini, 162,14 min tonunu isə kimya üçün ilkin benzin fraksiyası təşkil edib.

Qeyd edək ki, cari ilin 7 ayında istehsal edilmiş benzinin həcmi 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,8% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR