Bank Of Baku

Azərbaycanda MHŞT üzrə doqquzuncu hesabat mərhələsi başlayıb

Azərbaycanda MHŞT üzrə doqquzuncu hesabat mərhələsi başlayıb
# 07 avqust 2008 15:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə doqquzuncu hesabat mərhələsi başlayıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.

MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış MHŞT üzrə hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası - nümayəndələrindən ibarət Seçim Qrupunun bu gün keçirilən iclasında 2008-ci ilin birinci yarısını əhatə edəcək hesabatların təhlil edilərək tutuşdurulması üçün audit şirkətinin seçilməsi məqsədilə keçiriləcək müsabiqədə iştiraka dair Azərbaycanda fəaliyyət göstərən və dünyada tanınmış nüfuzlu beynəlxalq audit şirkətlərinə bildiriş göndərilməsini qərara alıb.

Təşəbbüsün Azərbaycanda həyata keçirilməsinə dair mexanizmə uyğun olaraq seçiləcək audit şirkəti hesabat dövrü üzrə Azərbaycan hökumətinin və ölkədə fəaliyyət göstərən neft və qaz şirkətlərinin hesabatlarını təhlil edərək onlara rəy verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR