Bank Of Baku

Ötən ay «Azərenerji» sisteminə 406,33 mln. kubmetr təbii qaz verilib

Ötən ay «Azərenerji» sisteminə 406,33 mln. kubmetr təbii qaz verilib
# 08 avqust 2008 21:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin iyul ayında «Azərenerji» sisteminə 406,33 mln. kubmetr təbii qaz verilib ki, bu da proqnozdan 2,6% çoxdur. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən ARDNŞ məlumat verilib. «Azərenerji» ASC-yə verilmiş qazın 260,67 mln. kubmetri ARDNŞ-in, 96,85 mln. kubmetri Azəri-Çıraq-Günəşli, 48,51 mln. kubmetri isə «Şahdəniz» layihəsinin payına düşüb.
Cari ilin yanvar-iyul aylarında isə «Azərenerji» ASC-yə 2 mln. 682,24 min kubmetr təbii qaz verilib və bu da proqnozdan 13% azdır.
Qeyd edək ki, cari ilin 7 ayında «Azərenerji»yə verilmiş təbii qazın həcmi 2007-ci ilin müvafiq dövrünə nisbətdə 2,2 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR