Bank Of Baku

Ötən ay «Bakı» elektrik stansiyasında 57 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib

Ötən ay «Bakı» elektrik stansiyasında 57 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib
# 08 avqust 2008 09:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyul ayında «Bakı» elektrik stansiyasında 57 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. «Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, stansiyada istehsal edilmiş elektrik enerjisinin həcmi proqnozdan 14%, ötən ilin iyul ayı ilə müqayisədə isə 58,3% çoxdur.
Stansiyada cari ilin yeddi ayı ərzində 346 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı 53,7% artıb.
Qeyd edək ki, «Bakı» elektrik stansiyası ötən ilin əvvəllərində istifadəyə verilib. Bu stansiya ölkədə inşa olunmuş 5 modul tipli stansiyalardan biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR