Bank Of Baku

«Günəşli» yatağında daha bir quyuda qazma işlərinə başlanılıb

«Günəşli» yatağında daha bir quyuda qazma işlərinə başlanılıb
# 09 avqust 2008 03:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzərin Azərbaycan sektorundakı «Günəşli» yatağında 13-cü özüldən 250 nömrəli quyuda qazma işlərinə başlanıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən məlumat verilib.
Layihə dərinliyi 2980 metr olan həmin quyu fasilə lay dəstəsinə layihələndirilib. Artıq quyuda 555 metr dərinliyə 13 düymə ilkin texniki kəmər buraxılıb. Qazma işləri “SOCAR-AQŞ” Birgə Müəssisəsi tərəfindən həyata keçirilir və onun istismara təhvili bu ilin oktyabr ayına planlaşdırılır.
Qeyd edək ki, avqust ayının 1-nə olan məlumata əsasən, ARDNŞ-nin (Əməliyyat Şirkətləri və Müştərək Müəssisələr istisna olmaqla) istismar quyu fondu 6054 ədəd təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR